31 Oktyabr 2025, 14:05
FUTBOL
"Barselona" yenidənqurma işləri aparılan "Kamp Nou"ya qayıdır.
Mat.az xəbər verir ki, İspaniya çempionu noyabrın 7-də doğma meydanında məşqə çıxacaq.
Hazırlıq prosesi azarkeşlər üçün açıq olacaq. Arenaya 23 min tamaşaçı buraxılacaq. Məşqi izləmək istəyənlər üçün biletlərin qiyməti 5-10 avro arasında dəyişəcək.
Qeyd edək ki, "Kamp Nou" 2023-cü ildə təmirə bağlanmışdı. "Barselona" bu müddət ərzində ev oyunlarını Lyuis Kompanis adına Olimpiya Stadionunda keçirib.




_1765116117.jpg)







