"Mançester Yunayted" yanvarda "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək üçün səylərini artırmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, "meşəçilər" 22 yaşlı futbolçunu 70 milyon funt-sterlinqə (79,8 milyon avro) qiymətləndirir. "Qırmızı şeytanlar" Andersonu transfer etmək uğrunda mübarizədə "Mançester Siti", "Çelsi" və "Nyukasl" kimi klublarla rəqabət apara bilər.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest