04 Noyabr 2025, 11:15
FUTBOL
İranın "Traktor" klubu doğma meydanda İraqın "Əl-Şorta" klubunu qəbul edib. Qarşılaşma Təbriz təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Asiya Çempionlar Liqasında əsas mərhələsinin IV turunun oyunları keçirilir.
Matc.az xəbər verir ki, "Traktor" doğma meydanda İraqın "Əl-Şorta" klubunu qəbul edib. Qarşılaşma Təbriz təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 27-ci dəqiqədə Mehdi Turabi vurub.
Xallarını 8-ə yüksəldən "Traktor" 12 komanda arasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.












