04 Noyabr 2025, 20:06
FUTBOL
Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk oyununda qələbə qazanıb.
Matc.az xəbər verir ki, yığmamız A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib.
Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.
Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.












