06 Noyabr 2025, 09:21
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Haland Çempionlar Liqası tarixində üç fərqli komandada ardıcıl beş oyunda qol vuran ilk oyunçu olub.
Matc.az xəbər verir ki, Haland Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda komandasının "Borussiya" (Dortmund) üzərində 4:1 hesablı qələbə qazandığı oyunda fərqlənərək qol seriyasını beş oyuna çatdırıb.
O, əvvəllər "Borussiya" (2020/21) və "Salzburq"da (2019/2020) ilə oxşar uğurlara imza atıb.
Qeyd edək ki, Haland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Onun klubla müqaviləsi 2034-cü ilə qədərdir. Futbolçu bu mövsüm 18 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib.












