07 Dekabr 2025, 10:54
FUTBOL
"İnter Mayami"nin futbolçuları Jordi Alba və Serxio Buskets aktiv futbolçu karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
İspaniyalı futbolçular "İnter Mayami"nin heyətində son oyunlarını MLS-də pley-offunun final görüşündə "Vankuver"ə (3:1) qarşı keçiriblər.
Qeyd edək ki, Buskets 2008-2023-cü illərdə "Barselona"da oynayıb və 2023-cü ildən "İnter Mayami"də çıxış edirdi. Alba isə "Valensiya", "Ximnastik" və "Barselona"nın formasını geyindikdən sonra 2023-cü ildə ABŞ klubu ilə anlaşmışdı.


_1765135912.jpg)









