İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, son "El Klassiko" zamanı "Barselona"nın oyunçusu Lamin Yamal ilə "Real"ın müdafiəçisi Dani Karvaxal arasında baş verən münaqişənin milli komanda üçün hər hansı bir nəticəsi olub-olmadığı barədə açıqlama verib.
Matc.az xəbər verir ki, o, bu barədə "Marca"ya verdiyi müsahibədə danışıb.
"Xeyr. Mən oyunçular arasında sağlam münasibətlərə önəm verirəm. Hər ikisi ilə danışmışam və bilirəm ki, futbolda bu cür şeylər belə rəqabətli səviyyədə baş verir. Meydanda baş verənlərlə milli komandada olmağın nə demək olduğunu ayırd etmək lazımdır. Onlar bunu bilirlər və görüşməyi və qucaqlaşmağı səbirsizliklə gözləyirlər".
Qeyd edək ki, AVRO-2024-ün çempionları dünya çempinatında qrupdakı ilk matçını turnirin debütantı Kabo-Verde ilə keçirəcək, sonra isə son Səudiyyə Ərəbistanı ilə qarşılaşacaqlar. Son görüşünü isə Uruqvaya qarşı keçirəcəklər.


_1765135912.jpg)









