"Əl-İttihad" və "Əl-Hilal" bu qış "Liverpul"un hücumçusu Məhəmməd Salahı transfer etmək uğrunda mübarizəyə başçılıq edir.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı klubları 33 yaşlı futbolçu üçün "mersisaydlılar"a 80-100 milyon avro təklif edə bilərlər.
MLS klubları da misirli cinah oyunçusunu almaqda maraqlıdırlar, lakin maliyyə baxımından Səudiyyə Ərəbistanı komandaları ilə rəqabət aparmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, Salah "Liverpul"un baş məşqçisi Arne Slotla münasibətlərinin pisləşdiyini, ehtiyatda qaldığını və bu vəziyyətin onu çox narahat etdiyini açıqlayıb.
Salah bu mövsüm bütün yarışlarda 19 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.


_1765135912.jpg)









_1765116117.jpg)