Albanlar penaltilər seriyasına bel bağlayır
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Bakıda cavab qarşılaşmasına çıxacaq "Partizani" növbəti mərhələyə ümidini itirmir. Albanlar şanslarının az olduğu qənaətindədi. Yerli KİV hətta Tiranadakı qolsuz bərabərliyi belə, böyük uğur hesab edir.



























