"Kəpəz"də növbəti mövsüm ərəfəsində ciddi struktur və kadr dəyişiklikləri start götürür. AFFA tərəfindən kluba yeni rəhbərliyin təyin edilməsi gözlənilir.

AFFA-nın bu addımı klubun hazırkı idarəetmə heyətində ciddi sarsıntılara səbəb olacaq. İdarə Heyətinin üzvü Fərman Əlizadə və onun yaxın çevrəsində yer alan bir sıra vəzifəli şəxslərin klubla yollarını ayıracağı qaçılmaz hesab olunur.

Artıq icraçı direktor Ruslan Məmmədov və digər funksionerlərin mümkün gedişlə əlaqədar kabinetlərindəki şəxsi əşyalarını yığmağa başladıqları bildirilir.

Matc.az-ın əldə etdiyi eksklüziv məlumata görə, rəhbərlikdəki yenilənmə ilə yanaşı, klubun idarəçiliyi komandanın baş məşqçi postunu təcrübəli mütəxəssis Arif Əsədova həvalə etməyi planlaşdırır.

Azərbaycan millisinin sabiq məşqçisi ilə aparılan danışıqların detalları hələlik gizli saxlanılsa da, tərəflər arasında razılığın əldə olunduğu istisna edilmir.

Qeyd edək ki, "sarı-göylər" ötən mövsümün sonunda baş məşqçi Azər Bağırovla yollarını ayırıb. Hazırda klubda yaşanan qeyri-müəyyənliyin yeni təyinatlarla aradan qaldırılacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest