15 İyun 2026, 11:20
FUTBOL
Niderland millisi dünya çempionatında unikal nailiyyətə imza atıb.
Niderland millisi dünya çempionatında unikal nailiyyətə imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Stata Football" Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, komanda ən nüfuzlu beynəlxalq turnirdə çıxdığı heç bir ilk qrup oyununda məğlubiyyət üzü görməyib. Niderlandlılar ilk tur çərçivəsində keçirdikləri 11 qarşılaşmanın 7-sində qələbə qazanıb, 4-ündə isə heç-heçə ediblər.
Xatırladaq ki, Niderland 2026-cı il dünya çempionatının ilk turunda Yaponiya ilə qarşılaşıb və oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.













