Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Lionel Messinin 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak perspektivlərini şərh edib.

Matc.az xəbər verir ki, Skaloni hər şeyin Messinin özündən asılı olduğunu deyib.

"O, orada olub-olmayacağına qərar verəcək və hər iki halda da biz onun qərarını dəstəkləyəcəyik. Hər şey yaxşı gedir, amma 6 ay uzun müddətdir. Ümid edirik ki, o, özü və milli komanda üçün ən yaxşı qərarı verəcək", - deyə Skaloni bildirib.

Qeyd edək ki, Argentina millisi Avstriya, Əlcəzair və İordaniya ilə mübarizə aparacaqları J qrupunda yer alıb.

2026-cı il dünya çempionatı gələn ilin yayında üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest