06 Dekabr 2025, 11:08
FUTBOL
Fransanın "Lill" klubu 18 yaşlı akademiya məzunu Ayyub Buaddi ilə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Yarımmüdafiəçinin yeni müqaviləsi 2029-cu ilin yayına qədərdir. Onun əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə başa çatmalı idi.
Bu mövsüm 2007-ci il təvəllüdlü yarımmüdafiəçi komandası üçün Liqa 1 və UEFA Avropa Liqasında 18 oyunda meydana çıxıb. Onun bir məhsuldar ötürməsi var.
Ümumilikdə, Fransanın 21 yaşadək futbolçularından ibarət yarımmüdafiəçisi "Lill"in əsas komandasında 72 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.
Gənc futbolçu Fransa çempionu PSJ və "Çelsi" kimi komandaların maraq dairəsindədir.












