Azərbaycanın qadın və kişilərdən ibarət voleybol yığmaları bu gün Avropa Liqasında növbəti sınaqlarına çıxıblar.

Azərbaycanın qadın və kişilərdən ibarət voleybol yığmaları bu gün Avropa Liqasında növbəti oyunlarını keçiriblər.

Matc.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadın voleybolçularımız İspaniyada Şimali Makedoniya komandası ilə qarşılaşıb.

Millimiz rəqibini heç bir setdə şans vermədən 3:0 (25:13, 25:15, 25:18) hesabı ilə darmadağın edib.

Boris Qrebennikovun sükanı arxasında olduğu kişi voleybolçulardan ibarət komandamız isə Rumıniyada İspaniya seçməsi ilə qüvvəsini sınayıb. Bu qarşılaşma voleybolçularımızın məğlubiyyəti ilə başa çatıb – 0:3 (17:25, 16:25, 20:25).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest