Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı 2026-cı il dünya çempionatı üçün milliyə dəvət edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, Ançelotti Neymarın hansı şərtlərlə dəvət ediləcəyini açıqlayıb.
"Başa düşürəm ki, Neymarla çox maraqlanırsınız. Vəziyyəti aydınlaşdırmaq istəyirəm. Artıq dekabr ayındayıq, dünya çempionatı isə iyun ayındadır. May ayında heyəti açıqlayanda, əgər Neymar oynamağa layiqdirsə, sağlamdırsa, digərlərindən daha yaxşı və ya eyni səviyyədədirsə, dünya çempionatında oynayacaq, nöqtə".
Qeyd edək ki, Braziliya C qrupunda Mərakeş, Şotlandiya və Haiti ilə qarşılaşacaq. Braziliya ilk oyununu 13 iyunda Mərakeşə qarşı keçirəcək. Ançelottinin komandası daha sonra 19 iyunda Haiti ilə üz-üzə gələcək. Şotlandiya ilə oyun isə 24 iyunda baş tutacaq.












