"İstəyərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə, ya da daha irəliəy yüksələk".
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 16-cı turunun "Araz-Naxçıvan"la (2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, Abbasov komandasının məğlubiyyəti şərh edib:
"Üzücü məğlubiyyət oldu. Göstərdiyimiz oyunu nəzərə alsaq, məğlubiyyəti haqq etmirdik. Çempionat oyununda bu qədər qol epizoduna girib, dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik. İndiyə qədər topladığımız xal pis deyil. Amma daha da yaxşı ola bilərdi. Bəlkə də futbolçularımızdan çox şey istəyirik.
Bu gün təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmur. Biz onların gələcəyini düşünərək, daha böyük şeylər fikirləşirik. Amma bu oyunlarda bu qədər epizoda girib, istifadə edə bilməməkləri bizi üzür.
Qış fasiləsinə gedirik. Fasilədən sonra yenə də gərgin çempionat olacaq. İstəyərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə, ya da daha irəliəy yüksələk. Amma demək ki, futbolçularımız buna hələ tam hazır deyil. Özlərinə inanmaqları vacibdir.
"Araz-Naxçıvan"ı təbrik edirəm, vacib qələbə qazandılar. Onlara da uğurlar arzulayıram".












