21 Dekabr 2025, 21:25
FUTBOL
Bu mükafatla Almaniya futbolunun ən görkəmli simaları təltif edilir.
"Navariya"nın hücumçusu Harri Keyn "Kicker" jurnalının təsis etdiyi "İlin şəxsiyyəti" mükafatını qazanıb.
Matc.az xəbər verir ki, bu mükafatla Almaniya futbolunun ən görkəmli simaları təltif edilir. Mükafat 1990-cı ildən təqdim olunur və əvvəllər "İlin adamı" adlanırdı.
Keyn Münhen klubuna 2023-cü ilin yayında "Tottenhem"dən keçib. Bu mövsüm o, Almaniya Bundesliqasında 14 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
Çempionlar Liqasında Keyn 6 oyun keçirib və 5 qol vurub. Onun həmçinin Almaniya Kubokunda 5, Almaniya Superkubokunda isə bir qolu var. Keynin klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.












