Fransız hücumçu Kilian Mbappe 2025-ci ildə "Real"da 59-cu qolunu vurub.

Matc.az xəbər verir ki, o, İspaniya La Liqasının 17-ci turunda "Sevilya" üzərində 2:0 hesablı qələbə qazandıqları oyunda fərqlənib.

Bu qol əfsanəvi hücumçu Kriştiano Ronaldonun Madrid klubundakı bir təqvim ilində vurduğu qollar üzrə rekorduna çatıb. Portuqaliyalı hücumçu 2013-cü ildə 59 qola imza atıb.

Bu, "Real"ın 2025-ci ildə son oyunu olduğundan Kilian bu il portuqaliyalı ulduzun nailiyyətini üstələyə bilməyəcək.

Qeyd edək ki, Mbappe 2024-cü ildə "Real"a keçib. Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir. Bu mövsüm fransız bütün yarışlarda 27 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest