24 Dekabr 2025, 16:07
MPL
"Motor"un hücumçusu Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə polşalı insayder Tomek Pluta məlumat yayıb.
Polşa klubundan ayrılacağı dəqiqləşən 26 yaşlı forvardın meneceri onun xidmətini Azərbaycan klublarına təklif edib. 26 yaşlı forvard ilk növbədə “Qarabağ”a təklif olunub.
Qeyd edək ki, Renat Dadaşov bu mövsüm "Motor"un heyətində keçirdiyi 12 oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Onun Lublin təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.









_1766586282.jpg)

_1766583490.jpg)
