Azərbaycan U-21 millisinin üzvü Murad Məmmədov Kiprin "Pafos" klubuna transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə Kipr təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı vinger ilə 2030-cu ilin iyununa qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, gənc futbolçu Bakının "Neftçi" klubunun yetirməsidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest