25 Dekabr 2025, 11:17
MPL
"Neftçi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Bakı təmsilçisinin əsas hədəfi "Polesya"da çıxış edən Danilo Beskorovaynıdır. Bu barədə "TaToTake" məlumat yayıb.
26 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə zədə səbəbindən cəmi 4 oyunda meydana çıxıb. Jitomir təmsilçisi onun üçün gələcək təklifləri qəbul etməyə hazırdır.
"Neftçi"nin hazırkı məşqçisi Yuri Vernidub artıq Beskorovaynı ilə işləmək təcrübəsinə malikdir. Ukraynalı müdafiəçi əvvəllər təcrübəli məşqçinin rəhbərliyi altında "Krivbas"da oynayıb.












