Mövsümün əvvəlində "Karvan-Yevlax"a cəlb olunan Səid komandanın heyətində 10 oyuna çıxıb və 1 qolun müəllifi olub.

"Karvan-Yevlax" iranlı futbolçu Səid İranxanla yollarını ayırıb.

Matc.az xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yevlax təmsilçisi oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Mövsümün əvvəlində "Karvan-Yevlax"a cəlb olunan Səid komandanın heyətində 10 oyuna çıxıb və 1 qolun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest