03 Yanvar 2026, 16:28
FUTBOL
"Anje"nin hücumçusu Sidiki Şerif karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mercato" nəşri məlumat yayıb.
"Ayntraxt" fransalı futbolçunu transfer etmək istəyir. Frankfurt təmsilçisi 19 yaşlı forvard üçün Fransa rəsmi təklif göndərib.
Sidiki Şerif bu mövsüm "Anje"nin heyətində keçirdiyi 17 oyunda 4 qol vurub.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 21 yanvar tarixində Bakıda keçiriləcək.

_1767699078.jpg)
_1767697714.jpg)









