05 Yanvar 2026, 19:50
FUTBOL
"Seltik" baş məşqçi Vilfrid Nansi ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.
Fransalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Vilfrid Nansi 2025-ci ilin 4 dekabr tarixində "Seltik"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.






_1767799613.jpg)





