“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubu ilə müqaviləsini uzatmaq ehtimalı barədə danışıb.
Matc.az xəbər verir ki, ingiltərəli forvard danışıqların getdiyini və yaxın vaxtlarda yeni sözləşmə imzalana biləcəyini deyib:
“Müqavilənin ilə uzadılması? Bəli, bu, şübhəsiz ki, mümkündür. Yüz faiz. Daha əvvəl də dediyim kimi, bu danışıqları aparmaq lazımdır. Əminəm ki, danışıqlar baş tutacaq. Lakin hazırda diqqətimi cari mövsümə yönəltmişəm. Müqavilənin uzadılması ehtimalı çox böyükdür. Hazırda olduğum yerdən daha yaxşı bir məkan yoxdur”.
Qeyd edək ki, Harri Keyn cari mövsümdə "Bavariya"nın heyətində bütün turnirlərdə 30 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.






_1767799613.jpg)





