“Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqası tarixində klub üçün mənfi göstərici ilə yadda qalıb.

Matc.az "Opta"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 1992-ci ildə Premyer Liqanın yaradılmasından bu yana mankunianların bütün baş məşqçiləri arasında ən aşağı qələbə faizi olan çalışdırıcıdır.

“Mançester Yunayted” Amorimin rəhbərliyi altında İngiltərə çempionatında keçirdiyi oyunların cəmi 32 faizində qələbə qazanıb. Bundan əlavə, komanda qol buraxmadığı matçların sayına görə də ən zəif göstəricini nümayiş etdirib. "Qırmızı şeytanlar"ın qarşılaşmalarının yalnız 15 faizi “quru” qələbə və ya heç-heçə ilə başa çatıb.

"Mançester Yunayted" cari mövsümün 20 turundan sonra 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda çempionatın lideri olan “Arsenal”dan 17 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest