"Fənərbaxça"nın və Türkiyə millisinin sabiq ulduzu Mehmet Aurelio yenidən İstanbul klubuna qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssis "sarı-lacivərdlilər"in U-19 komandasının baş məşqçisi təyin edilib.

Qeyd edək ki, Mehmet Aurelio futbolçu karyerası ərzində 2003-2008-ci illərdə "Fənərbaxça"da çıxış edib. Karyerası ərzində klubun azarkeşlərinin sevimlisinə çevrilmiş, Türkiyə millisində də uğurlu çıxışı ilə yadda qalmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest