"Reyncers"in yarımmüdafiəçisi Nikolas Raskin karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Beşiktaş" belçikalı futbolçunun xidmətində maraqlıdır. İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın Raskini komandasında görmək istəyir.

"Qara qartallar" 24 yaşlı oyunçunu yanvar ayında satınalma bəndi ilə icarəyə götürmək üçün Şotlandiya klubu ilə danışıqlar aaparacaq.

Qeyd edək ki, Nikolas Raskin bu mövsüm "Reyncers"in heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest