Rusliyalı mütəxəssis "Ural"la anlaşıb. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski ölkəsində çalışacaq.

Matc.az xəbər verir ki, rusliyalı mütəxəssis "Ural"la anlaşıb. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Onun qarşısına Premyer Liqaya yüksəlmək vəzifəsi qoyulub.

Qeyd edək ki, Vasili Berezutski ötən mövsüm "Sabah"ı Azərbaycan Kubokunun qalibi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest