10 Dekabr 2025, 02:34
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün Azərbaycan çempionu "Qarabağ"da növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Niderlandın "Ayaks" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Slovebiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 5 turdan sonra "Qarabağ"ın 7 xalı var.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
10 dekabr
21:45. "Qarabağ" – "Ayaks"
Baş hakim: Rade Obrenoviç
Yan xətt hakimləri: Yure Praqrotnik və Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
Var: Matey Yuq
AVAR: Alen Boroşak
Tofiq Bəhramov adına Respublika Stadionu


_1765203041_1765332435.jpg)









