11 Dekabr 2025, 13:12
FUTBOL
Yayda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Əyn"dən ayrıldıqdan sonra klubsuz olan Ruy Patrisio gələcəyi ilə bağlı yekun qərarını verib.
Matc.az xəbər verir ki, portuqaliyalı qapıçı karyerasını başa vurub. Bu barədə qolkiper özü açıqlama verib.
Təcrübəli "əlcək sahibi" 37 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Ruy Patririo karyerası ərzində "Sportinq", "Vulverhempton", "Roma" və "Atalanta"da çıxış edib. O, 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olub.










_1765452707.jpg)

