"Milan" və "Porto" "Fluminense" klubundan ayrılan 41 yaşlı braziliyalı Tiaqo Silvanı almaqda maraqlıdırlar.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Silva, 6 aylıq müqaviləsinin qalmasına baxmayaraq, qarşılıqlı razılıq əsasında "Fluminense" ilə müqaviləsini ləğv etdikdən sonra azad agent olub. Müdafiəçi may ayında "Çelsi"dən ayrıldıqdan sonra Rio-de-Janeyro klubuna qayıdıb.
Silva hazırda onu yüksək qiymətləndirən "Milan"a qayıtmağı düşünür. Fransa klubu bu qış "transfer pəncərəsi"ndə müdafiəsini gücləndirməyə çalışır. Braziliya millsinin sabiq kapitanı 2012-ci ildə PSJ-yə keçməzdən əvvəl "Milan" ilə Fransa çempionluğu qazanıb.
Silvanı digər keçmiş klubu "Porto" da nəzərdən keçirir. Portuqaliya klubu Tiaqo ilə 2004-cü ildə müqavilə imzalayıb, lakin o, yalnız onların əvəzedici komandasında oynayıb.
Qeyd edək ki, 41 yaşlı futbolçu 2024-cü ilin iyul ayından bəri "Fluminense"də çıxış edib. Bu mövsüm o, bütün yarışlarda 46 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.












