20 Dekabr 2025, 15:21
FUTBOL
FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna yeni oyunçular transfer etməyi qadağan edib.
Matc.az xəbər verir ki, bu barədə qrumun rəsmi saytı məlumat yayıb.
Bu transfer qadağası "Əl-Nəsr"ə klubun 2023-cü ildə mərkəz müdafiəçisi Aymerik Laportenin transferi üçün "Mançester Siti"yə borcu olduğuna görə tətbiq oluna bilərdi.
Vurğulanır ki, Səudiyyə klubu "Mançester Siti"yə təxminən 9 milyon avro ödəməlidir. Borcun ödənilməsi müddəti isə 31 avqustda başa çatıb.












