"Liverpul" macar yarımmüdafiəçisi Dominik Soboslai ilə yeni müqavilə üzrə danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, ingilis nəhəngi bir neçə aparıcı klubun marağına səbəb olan 25 yaşlı futbolçunu komandada saxlamaq istəyir.

Əsas oyunçusunu itirməmək üçün "Liverpul" ona şərtləri yaxşılaşdırılmış uzunmüddətli müqavilə təklif etmək niyyətindədir. Soboslai klubda qalmağa hazır olduğunu bildirib, lakin yeni müqavilənin hazırkı müqaviləsindən daha əlverişli olmalı olduğunu qeyd edib.

Qeyd edək ki, Soboslai bu mövsüm "Liverpul"da 23 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 85 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest