"Napoli"nin müdafiəçisi Luka Marianuççi qarşıdan gələn "transfer pəncərəsi"ndə "Torino"nun əsas hədəflərindən birinə çevrilib.

Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

Bildirilir ki, Marianuççi daha çox oyun vaxtı qazanmaq üçün transferə açıqdır, lakin "Napoli" klubu hələlik bu məsələ ilə bağlı qərar verməyib.

Qeyd edək ki, "Torino" ötən yay da Marianuççi ilə maraqlanırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest