"Mançester Yunayted" klubu Markus Reşfordun əvəzedicisi kimi "Vest Hem"in cinah hücumçusu Krisensio Sammervilli heyətinə qatmağı planlaşdırır. Lakin London təmsilçisinin futbolçu üçün tələb etdiyi 50 milyon funt-sterlinq (təxminən 57.5 milyon avro) məbləğ bu transferin reallaşmasına maneə ola bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" portalı yayıb.

Bildirilir ki, niderlandlı vingerlə PSJ klubu da yaxından maraqlanır. Paris təmsilçisi ulduz futbolçu üçün təxminən 43 milyon funt-sterlinq (50 milyon avro) dəyərində rəsmi təklif hazırlayır.

Fransa çempionu təkcə Sammervillə kifayətlənmək niyyətində deyil. Paris rəhbərliyi həmçinin "Vest Hem"in digər yarımmüdafiəçisi Mateus Fernandesi də heyətinə cəlb etmək istəyir. Bu ikiqat transfer reallaşacağı təqdirdə, PSJ-nin London klubuna ümumilikdə 130 milyon funt-sterlinq (150 milyon avro) ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, 24 yaşlı niderlandlı hücumçu ötən mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 34 matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına görə cari bazar dəyəri 35 milyon avro olan futbolçunun "çəkiclər"lə hazırkı müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest