Bu gün Konfrans Liqasının 2026/2027 mövsümündə  I təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İlkin mərhələdə ölkəmiz “Zirə” klubu ilə təmsil olunacaq. Komanda  səpələnmişlər səbətində yer alıb və bu raundda potensial rəqibləri arasında bu komandalar yer alıb:

"Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnas-Ki Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Heqelmann" (Litva), "Peynbont" (Uels), NSİ (Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nımme Kalyu" (Estoniya), "Elbasani" (Albaniya), "Kaernarfon Taun" (Uels), "Mondorf-les-Bayns" (Lüksemburq), "Petrovats" (Monteneqro).

Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest