16 İyun 2026, 09:52
AVROPA LİQASI
Bu gün Avropa Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, qitə futbol qurumu UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə təmsilçimiz “Qarabağ” klubunun da rəqibi müəyyənləşəcək.
Ağdam klubunun I təsnifat mərhələsində potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və İslandiyanın “Vestri" komandaları yer alıb.
Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq.













