Azərbaycan millisində yeni baş məşqçi təyinatı
Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib. Milli komanda kubalı Umberto Orta Domingezə həvalə edilib. 53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.


























