15 İyun 2026, 19:38
FUTBOL
"Klermon"da çıxış edən İlhan Fakılı kaaryerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
"Beşiktaş" Türkiyə U-21 millisinin üzvünü transfer etmək istəyir. İstanbul nəhəngi Fakılı ilə razılıq əldə edib. Klublar arasında 20 yaşlı vingerin transferi üçün danışıqlar davam edir.
Qeyd edək ki, İlhan Fakılı ötən mövsüm "Klermon"un heyətində Fransa Liqa 2-də keçirdiyi 34 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.













