15 İyun 2026, 20:16
FUTBOL
"Parma"nın qapşıçısı Zion Sudzuki karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Aston Villa" 23 yaşlı qolkiperi transfer etmək istəyir. Birmingem təmsilçisinin nümayəndələri Yaponiya yığmasının DÇ-2026-da Niderlandla keçirdiyi oyunda Sudzukini tribunadan izləyiblər.
Qeyd edək ki, Zion Sudzuki ötən mövsüm "Parma"nın heyətində keçirdiyi 22 oyunda qapısında 30 qol görüb.













