13 Noyabr 2025, 11:15
FUTBOL
"Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatan Anderson Talişka ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, "Korintians" braziliyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Egool" məlumat yayıb.
A Seriyası təmsilçisi yanvar ayında 31 yaşlı futbolçu ilə danışıqlara başlayacaq. Təcrübəli oyunçunun yayda Braziliya klubuna qoşulacağı gözlənilir.
Qeyd edək ki, Anderson Talişka bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 18 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.












