"Yüngül təzyiq göstərirdim. Aramızda ciddi dialoq olmadı".

"Zirə" Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat kofransında jurnalistlərin suallarını cavablandırıb:

- Olduqca ağır oyun keçdi. 90 dəqiqə gərgin mübarizə şəraitində alındı. Oyun bizim üçün qola qədər daha rahat gedirdi. Amma biz qol vurduqdan sonra "Qarabağ" sürəti bir az da artırdı. O dəqiqələrdən sonra çətinlik çəkirdik. Oyunçular əzmkarlıq göstərdilər. "Qarabağ"ın gücünü, qüvvətini bir daha hiss etdik. Komanda inkişaf edir, artırır. Oyun gedə-gedə bunu bir daha gördük. Dörd gündən sonra "Ayaks"la çox vacib oyuna çıxacaqlar. Onlara uğurlar arzulayırıq. Rəqib 4 dəyişiklik etdi. Müəyyən həmlələr etdik, müdafiə davranışını bir balca dəyişdik. Çalışdıq ki, rəqibin təzyiqinə dözək və standart vəziyyətlərdə fərqlənək. Bəlkə də qol epizodlarına görə heç-heçə ədalətli nəticədir. "Qarabağ"la matçda qazanılan xal dəyərlidir. Onlara qarşı mübarizə aparmaq çox çətindir. Futbolçularım "Neftçi" ilə 120 dəqiqəlik mübarizədən sonra bu gün əzmkarllıq göstərdilər. Təqdirəlayiqdir. Davam etməliyik

- Qol epizodlarından istifadə edə bilmirdiz. Qışda əsas hədəf hücum xəttinə oyunçu transfer olacaq?
- Bir neçə oyun idi ki, hücumda işlər qaydasında gedirdi. Sadəcə 120 dəqiqəlik matçda sonra Papunaşvili və Mikels yorğun idilər. Hücumda itkilərimiz var idi, Brahim Konate, Davit Volkov da yox idi. İtkilərə baxmayaraq, futbolçular əzmkar idilər, iradə göstərdilər. Müəyyən dəqiqələrdə rəqibi əsk-hücumda yaxalamağa çalışırdıq.

- Zubirin epizodunda sanki hakimdən qırmızı vərəqə verməsini istəyirdiz?
- Yəqin ki, gördüz 4-cü hakimə yaxınlaşdım. Onunla yarızarafat, yarıciddi danışırdım. Yüngül təzyiq göstərirdim (gülür). Aramızda ciddi dialoq olmadı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest