"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş futbolçusu Cessi Linqard azad agent olub.

Matc.az xəbər verir ki, ingilis futbolçu bu xəbəri sosial media hesablarında paylaşıb.

Linqardın "Seul"la müqaviləsi bu ilin 31 dekabrında başa çatır və tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.

Vida paylaşımında yarımmüdafiəçi son 2 ildə ona göstərdikləri sevgi və etibara görə Koreya klubuna təşəkkür edib.

Ümumilikdə, Linqard "Seul"da 66 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Avropada yarımmüdafiəçi doğma klubu "Mançester Yunayted", "Vest Hem", "Nottinqem" və İngiltərə milli komandasındakı çıxışları ilə tanınır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest