16 Noyabr 2025, 13:14
FUTBOL
"Qarabağ"ın sabiq hücumçusu Juninyo uzun fasilədən sonra fərqlənib.
Matc.az xəbər verir ki, hazırda Braziliyanın "Flamenqo" klubunda çıxış edən forvard "Sport Resife"yə qarşı oyunda qol vurub.
27 yaşlı hücumçu 56-cı dəqiqədə meydana daxil olub və cəmi 5 dəqiqə sonra komandasını hesabda önə keçirən qola imza atıb.
Qeyd edək ki, bu, Juninyonun 7 aylıq fasilədən sonra ilk qoludur.












