18 Noyabr 2025, 23:56
FUTBOL
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Matc.az xəbər verir ki, millimiz səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
"Europa Point Stadium"da keçirilən görüş yığmamızın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Çempionatı - 2027
U-21, seçmə mərhələrə, D qrupu
18 noyabr
Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) - 0:1
Qol: Murad Məmmədov, 54
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: George Katalin Roman
"Europa Point Stadium"












