18 Noyabr 2025, 17:14
FUTBOL
“Çelsi” “Mançester Yunayted” Alexandro Qarnaçonun London klubuna transferi ilə bağlı anlaşmaya yarımmüdafiəçi Romeo Lavianın da daxil edilməsini təklif edib.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" belçikalı futbolçunun fiziki durumuna dair narahatlıqlar səbəbindən bu ideyanı rədd ediblər.
Cari Premyer Liqa mövsümündə Lavia cəmi 4 oyun keçirib və heç bir məhsuldar göstərici ilə yadda qalmayıb.
Bu rədd cavabı klublar arasında aparılan çətin danışıqların bir hissəsi olub. “Çelsi” Qarnaçonun transfer dəyərini azaltmağa çalışsa da, “Mançester Yunayted” mövqeyində qətiyyətli qalıb. Nəticədə, tərəflər 40 milyon funt müqabilində razılığa gəliblər.












