“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva 2026-cı ilin yayında komandadan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Hazırda 31 yaşlı portuqaliyalı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılmır. Mövcud anlaşma 2026-cı ilin iyunun 30-na qədər qüvvədədir.

Mənbənin məlumatına görə, artıq bir neçə Avropa klubu Silvaya maraq göstərib və gələn il onunla əlaqə saxlamağı planlaşdırır.

Bernardo Silva 2017-ci ilin yayında “Monako”dan 50 milyon avroya “Mançester Siti”yə keçib. Bu müddət ərzində o, komandanın heyətində 422 oyun keçirib, 73 qol vurub və 75 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest