20 Noyabr 2025, 17:31
FUTBOL
"Napoli" yanvar ayında "Mançester Yyunited"in yarımmüdafiəçisi Kobbi Meynunu icarəyə götürmək istəyir.
Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu İtaliya klubuna keçməyin əleyhinə deyil. Bu barədə "Get Italian Football News" məlumat yayıb.
A Seriyası nəhəngi ingiltərəli yarımmüdafiəçinin transferində olduqca maraqlıdır. Danışıqlarıa təsir edə biləcək əsas amillərdən biri Meynunun “Napoli”də çıxış edən keçmiş komanda yoldaşları Skott Maktominey və Rasmus Höylundla yenidən birlikdə oynamaq istəyi ola bilər.
Qeyd edək ki, Kobbi Meynu bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 8 oyunda 1 qol ötürməsi edib.












