Əfsanəvi italyan məşqçi Arriko Sakki İtaliya yığması barədə fikirlərini bölüşüb.

Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 79 yaşlı mütəxəssis pley-off oyunlarına yaxşı hazırlaşmaq üçün A Seriyasında fasilənin verilməsinə ehtiyac olduğunu bildirib:

"Biz öz məhdudiyyətlərimizi etiraf etməliyik. Bunun üçün isə böyük təvazökarlıq lazımdır. Burada sanki əlifbanı birinci sinif şagirdlərinə öyrədən müəllim kimi davranmaq gərəkdir. Diqqət edin, mən heç də şişirtmirəm. Düzülüş, sxemlər, hücum taktikasından danışıldığını eşidirəm, amma anlayırıq ki, biz əsas konsepsiyaları dərindən işləməliyik?

Mənim fikrimcə, martdakı pley-offdan əvvəl təlim-məşq toplanışı çox faydalı olardı. Cennaro Qattuzo bir neçə gün məşq keçə, komandanı uğursuzluqdan sonra birləşdirə, psixoloji gücü bərpa edə və hələlik işləməyən məqamları yaxşılaşdıra bilərdi. Lakin əminəm ki, klublar baş məşqçinin bu tələbini rədd edəcəklər.

Millinin sükanı arxasına keçdiyim dövrdə yaşadığım mübarizələri çox yaxşı xatırlayıram. İtaliyada şəxsi maraqlar və eqoizm həmişə üstün olur və insanlar başa düşmək istəmirlər ki, yığma da bir komandadır, zaman, səbir və ciddi məşqlər tələb edir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest